Azərbaycanda Aşura günü qeyd olunur - Qanvermə aksiyası...

Hit: 535
Azərbaycanda Aşura günü qeyd olunur - Qanvermə aksiyası...

Bu gün Məhərrəm ayının 10-cu günü – Aşura günüdür.

Faktor.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılər Şurasının məhərrəm ayının başlanması ilə bağlı fətvasında Aşura gününün Miladi təqvimlə 2017-ci il sentyabrın 22-nə təsadüf etdiyi bildirilir. 

Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseynin və silahdaşlarının Kərbəlada şəhid edildiyi bu tarix İslam dünyasında matəm günü kimi qeyd olunur. 

Aşura günü Azərbaycanda da məscidlərdə dini mərasimlərlə qeyd olunur. Həmçinin Aşura günü Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə qanvermə aksiyası keçiriləcək. 

Qeyd edək ki, aksiya aşağıdakı ünvanlarda keçiriləcək: 

1.Yasamal rayon Təzə-pir məscidi 

2.Yasamal rayon Hacı Soltanəli məscidi

3. Səbail rayon Bibi-Heybət ziyarətgah məscidi

4. Səbail rayon İçərişəhər Cümə məscidi

5. Suraxanı rayon Qaraçuxur məscidi

6. Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi

7. Nizami rayon Keşlə qəsəbə məscidi

8. Sumqayıt şəhəri Cümə məscidi

9. Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi

10. Mingəçevir şəhər Heydər məscidi

11. Şəki şəhəri mərkəzi Cümə məscidi

12. Lənkəran şəhəri Böyükbazar Cümə məscidi

13. Bərdə şəhəri Cümə məscidi

14. Nəsimi rayonu Əjdərbəy məscidi

15. Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi

16. Göyçay rayonu Əbülfəzlil Abbas məscidi

17. Quba rayonu Ərdəbil məscidi

 

 









Redaktorun seçimi