Süni nəfəs aparatına qoşulan Şahinin xanımı: - "Son sözünü eşidə bilmədim" - YENİLƏNİB

19:00
Qan xərçəngindən əziyyət çəkən Şahin Zəkizadənin xanımı vizajist Səbinə Zəkizadə big.az-a danışıb.
"3 günün içində gözümün qabağında əriyib getdi. Çox ağırdır. Kritikdir vəziyyəti... Heç Şahinin son sözünü eşidə bilmədim. Aparatlara qoşulub. Bu gün gedib əlindən tutdum, dedim: "Şahin, oyan", heç eşitmədi məni ... Reaksiya vermədi. Həkimlər deyirlər, bu gün axşam və ya sabaha nə isə ola bilər" (ağlayır).
"Sosial şəbəkədə çox aktivsiniz. Bəzən buna birmənalı reaksiya göstərməyənlər də olur" fikrinə Səbinə Zəkizadə belə cavab verib:
"Burada qəbahətli bir şey yoxdur. İnsanlar maraqlanırlar, çatdıra bilmirəm hər kəsə ayrı-ayrılıqda cavab yazım... Anormal bir şey yoxdur ki... Əyləncəli bir şey paylaşmıram ki... 5 min sual verilib, necə cavab verim, cavab verməyib də hörmətsizlik eləmək itəmirəm. Allahım olan insanam, necə tərbiyəsizlik edim, acılayım və ya cavab verməyim? Mən vizajistəm həm də... Bizim insanlar məşhurlara müraciət edirlər. Həmin şəxslər də mənə sual ünvanlayırlar, bilmirəm, hansına cavab yazım, dərdimi paylaşıram insanlarla, onlardan dua etmələrini istəyirəm. Axı nə pis iş görürəm? Məni niyə qınayırlar ki?"
Zəkizadə əlavə edir: "Bu vəziyyətdə Şahinin foto, videolarını paylaşmağa icazə vermərəm. Çünki hər yeri şişdir, aparatlara ümid qalıb... Vəssalam, nə deyim başqa?.."
---------
17:49
Xərçəngə yoluxan rejissor Şahin Zəkizadənin səhhəti yenidən pisləşib.
Faktor.az movqe.az-a istinadən xəbər verir ki, artıq Ş. Zəkizadə süni nəfəs aparatına qoşulub.
Rejissorun xanımı Səbinə Zəkizadə açıqlamasında Şahinin vəziyyətinin daha da ağırlaşdığını söyləyib:
"Şahinin vəziyyəti dünəndən etibarən daha da ağırlaşıb. Özü nəfəs ala bilmir. Süni nəfəs alma aparatına qoşuldu".


