Avtobuslarda qızdırıcı sistem ya yoxdur, ya da ki işləmir - VİDEO

Hit: 384
Avtobuslarda qızdırıcı sistem ya yoxdur, ya da ki işləmir - VİDEO

Baxmayaraq ki , bir müddət əvvəl xəbərdarlıq edilib ancaq nəticə çıxaran yoxdur. Söhbət bəzi marşrut avtobuslarının qışa hazırlığından gedir. Çünki bir çox avtobuslarında qızıdırıcı sistem işləmir. Xüsusilə də bu hal kənd və qəsəbələrə hərəkət edən avtobuslarda müşahidə olunur.

Bir sıra marşrut xətlərində fəaliyyət göstərən avtobuslarda qızdırıcı sistem ya yoxdur, ya da ki işləmir. Bu isə sərnişinlərin narazılığına səbəb olur.

Söhbət paytaxt ərazisində olan həm şəhərdaxili, həm də qəsəbə və kəndlərə işləyən avtobuslardan gedir. Məsələn şəhər daxilində işləyən 32, 46 və 96 saylı marşurt avtobuslarında bu problem var.

Qəsəbə və kəndlərə işləyən 139, 148, 166, 173 və 198 saylı marşurt avtobuslarında isə ya qızıdırcı sistem işləmir yada ki sürücülər bu sistemi işə salmırlar. Hər halda sərnişinlər belə deyir.

Bəzi avtobusların içərisində olan hava ilə çöldəki hava arasında heç bir fərq yoxdur. Çünki avtobusun içərisinin texniki vəziyyəti yaxşı olmadığından çöldəki hava içəri daxil olur.Sərnişinlərin sözlərinə görə, avtobusda qızdırıcı sistem olmasına baxmayaraq sürücülər bunu qoşmurlar.

Problemlə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirldi ki,aşkar edilən nəqativ halla bağlı artıq sahibkarlara xəbərdarlıq edilib.Növbəti dəfədə belə hal müşahidə edilsə daşıyıcılar barəsində qanuna müvafiq ölçü götürüləcək.

Faktor.az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.









Redaktorun seçimi