Protezlərdən istifadə bacarıqlarının inkişafına dair təlim keçirilib

Hit: 148
Protezlərdən istifadə bacarıqlarının inkişafına dair təlim keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə “Yürüş məktəbi” mövzusunda təlim keçirilib.  
 
Təlim aşağı ətraf protezləri ilə təmin olunmuş şəxslərin protezlərdən düzgün və səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.
 
Almaniyanın protez və reabilitasiya texnologiyaları sahəsində ixtisaslaşmış “Ottobock” şirkətinin beynəlxalq təlimçisi Andrey Nakoneçniy Vladimiroviç tərəfindən aparılan təlim Mərkəzdə bu məqsədlə xüsusi təchiz edilmiş otaqlarda təşkil olunub.
 
Təlimin məqsədi aşağı ətraflarında amputasiya olan şəxslərin ilkin protezləşməyə hazırlanması, protezdən düzgün istifadə, təhlükəsiz və müstəqil hərəkət bacarıqlarının formalaşdırılması, eləcə də protezləşmədən sonrakı reabilitasiya prosesinin daha effektiv təşkili istiqamətində Agentliyin Reabilitasiya Mərkəzlərinin mütəxəssislərinin peşəkar bilik və bacarıqlarının artırılmasıdır. 
 
Təlim çərçivəsində əməkdaşlara protez istifadəçilərinə yerimə vərdişlərinin öyrədilməsi, yeni protezə uyğunlaşma prosesinin düzgün təşkili, tarazlığın qorunması və gündəlik hərəkətlərin rahat yerinə yetirilməsi üçün tətbiq olunan metodlar praktiki şəkildə izah olunub. 
 
Qeyd edək ki, Mərkəzdə "Ottobock" şirkəti ilə əməkdaşlıq çərçivəsində yüksək texnologiyalı protezlərin istehsalı sexi də fəaliyyət göstərir. Burada istehsal olunan yüksək texnologiyalı müasir protezlər şəxslərin itirilmiş əzalarının funksiyallığını 90 faizə qədər bərpa edə bilir.






Redaktorun seçimi