Məmmədiyə Məmmədov sakinlər ilə görüş keçirib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov səyyar qəbul qrafikinə əsasən 19 noyabr tarixində sakinlərlə növbəti səyyar görüş keçirib.
Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
ŞİH-nin başçısı ölkəmizdə sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən, regionların davamlı inkişafına göstərilən dövlət qayğısından və əhalinin rifahının yüksəldilməsi məqsədilə görülən işlərdən bəhs etmişdir
Qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırma tələb edən məsələlər qeydiyyata alınaraq icrası nəzarətə götürülüb.
Səyyar qəbul zamanı “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın əhəmiyyəti diqqətə çatdırılmış, “Rəqəmsal İcra Hakimiyyəti” portalı və “mygov” platforması vasitəsilə vətəndaşlara təqdim olunan imkanlar barədə sakinlər məlumatlandırılmışdır.
Sakinlər müraciətlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.































































