AQTA əməkdaşları Pekində keçirilən beynəlxalq təlimdə iştirak ediblər

Hit: 215
AQTA əməkdaşları Pekində keçirilən beynəlxalq təlimdə iştirak ediblər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bir qrup əməkdaşı Çin Xalq Respublikasının (ÇXR) Ticarət Nazirliyi tərəfindən Pekin şəhərində təşkil olunan beynəlxalq təlimdə iştirak edib. Tədbir "Qlobal İnkişaf Təşəbbüsü çərçivəsində qida və kənd təsərrüfatı məhsullarının standartlaşdırılması" mövzusuna həsr olunub.
Təlimin əsas məqsədi qida təhlükəsizliyinin təşkili, qida və kənd təsərrüfatı məhsullarının standartlaşdırılması, eləcə də risk qiymətləndirilməsi sahəsində qabaqcıl bilik və təcrübələrin bölüşülməsidir. Tədbir çərçivəsində məhsulların qablaşdırılması, etiketlənməsi, dövriyyəsi və kənd təsərrüfatı məhsullarında pestisid qalıqlarının tənzimlənməsi üzrə ÇXR-in və digər iştirakçı ölkələrin təcrübələri öyrənilib.
 
Təlimin yekununda AQTA əməkdaşı "Azərbaycanda qida təhlükəsizliyi və kənd təsərrüfatı; qida və kənd təsərrüfatı məhsullarının standartlaşdırılması" mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı Azərbaycan ilə Çin arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.






Redaktorun seçimi