Beyləqanda 116 nəfər patronaj xidməti ilə əhatə olunub
Ana və uşaq sağlamlığının qorunması istiqamətində patronaj xidməti modeli uğurla tətbiq olunur və müsbət nəticələr verir. TƏBİB tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədilə xidməti ailələrə daha da yaxınlaşdırır.
Beyləqan rayonunun Dünyamalılar, Yuxarı Aran, Təzəkənd, 1-ci Şahsevən ailə sağlamlıq mərkəzlərinin, həmçinin Yuxarı Çəmənli kənd tibb məntəqəsi və Şərq kənd həkim məntəqəsinin xidmət göstərdiyi ərazilərdə patronaj ziyarətləri çərçivəsində tibbi müayinələr aparılıb. Ümumilikdə 116 nəfər müayinədən keçib, onlardan 48-i uşaq, 23-ü hamilə qadın, 12-si isə zahı qadındır. Beləliklə, sakinlər tibbi dəstəyi birbaşa yaşayış yerlərində əldə ediblər.
Yeni modelin əsas üstünlüyü ondan ibarətdir ki, tibbi xidmət yalnız xəstəlik zamanı göstərilmir. Risklər erkən mərhələdə müəyyən edilir, profilaktik tədbirlər isə vaxtında həyata keçirilir. Sağlam gələcək ailənin öz evində başlayır.































































