BDU Qazaxıstanda XXV Beynəlxalq “Education & Career” sərgisində təmsil olunur

Hit: 299
BDU Qazaxıstanda XXV Beynəlxalq “Education & Career” sərgisində təmsil olunur
Bakı Dövlət Universiteti (BDU) Qazaxıstanın Almatı şəhərində təşkil olunan XXV Beynəlxalq “Education & Career” sərgisində təmsil olunur.
Beynəlxalq təhsil və karyera imkanlarının təqdim olunduğu sərgi müxtəlif ölkələrin ali təhsil müəssisələrini, təhsil təşkilatları və təhsil sahəsində fəaliyyət göstərən qurumları bir araya gətirir.
 
Sərgidə iştirak edən Bakı Dövlət Universiteti özünün zəngin akademik ənənələrini, beynəlxalq əməkdaşlıq imkanlarını, tədris proqramlarını və xarici tələbələr üçün yaratdığı təhsil imkanlarını beynəlxalq auditoriyaya təqdim edir.






Redaktorun seçimi