ADNSU-da “İnsan resurslarının idarə edilməsi strategiyası” mövzusunda interaktiv mühazirə keçirilib

Hit: 177
ADNSU-da “İnsan resurslarının idarə edilməsi strategiyası” mövzusunda interaktiv mühazirə keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Biznes və idarəetmə fakültəsində “Universitetlə iş dünyası əməkdaşlığı” çərçivəsində “Menecment” ixtisası üzrə təhsil alan tələbələr üçün “İnsan resurslarının idarə edilməsi strategiyası” mövzusunda interaktiv mühazirə keçirilib.
 
Mühazirəni Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Aysel Cəbrayılova və şöbə müdirinin müavini Aygün Mirzəyeva keçiblər.
 
İnteraktiv diskussiya formatında təşkil olunan mühazirədə müasir dövrdə davamlı inkişafın peşəkar uğurdakı rolu, müəssisədaxili motivasiyanın əhəmiyyəti, eləcə də “ASAN Könüllülər” proqramının gənclər üçün yaratdığı inkişaf və karyera imkanları barədə ətraflı məlumat verilib.
 
Tədbir tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə zənginləşdirilməsi və universitetlə iş dünyası arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub.






Redaktorun seçimi