Qarabağ və Şərqi Zəngəzurda 4 yeni peşə təhsili müəssisəsi yaradılacaq
Qarabağ və Şərqi Zəngəzurda 4 yeni peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulub.
Faktor.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə Təhsili Forumu 2026”da söyləyib.
İ.Bayramlı bildirib ki, 8 müəssisədə yenidənqurma və ya əsaslı təmir işləri aparılıb, 46 yeni emalatxana tikilib.


































































