Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanının vaxtı və qaydaları açıqlanıb

Hit: 183
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanının vaxtı və qaydaları açıqlanıb
Dövlət İmtahan Mərkəzi noyabrın 22-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.
 
Bu barədə Faktor.az-a DİM-dən bildirilib. İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat oktyabrın 6-dan noyabrın 8-dək aparılıb və bu müddət ərzində 248 namizəd müraciət edib. İmtahanların idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 3 imtahan rəhbəri, 17 nəzarətçi, 4 buraxılışı rejimi əməkdaşı (mühafizə) ayrılıb. İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahanın davametmə müddəti 1 saatdır. İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsi ilə əldə edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.
 
Namizədlər imtahana gələrkən kalkulyator və aşağıdakı sənədləri gətirməlidirlər:
 
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
 
- “İmtahana buraxılış vərəqəsi".
 
İmtahan 9 istiqamət üzrə keçirilir. İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahan qaydaları ilə bağlı “Yaddaş kitabçası” ilə iştirakçılar DİM-in saytında tanış ola bilərlər.






Redaktorun seçimi