Yeni tədris ilində Bakının 12 məktəbində inklüziv siniflər yaradılıb

Hit: 179
Yeni tədris ilində Bakının 12 məktəbində inklüziv siniflər yaradılıb
2026-2027-ci tədris ilində paytaxt üzrə daha 12 ümumi təhsil müəssisəsində (21, 26, 56, 68, 112, 227, 238, 253, 259, 263, 276 və 314 nömrəli tam orta ümumtəhsil məktəblərində) inklüziv siniflər yaradılıb. Hazırda Bakı şəhəri üzrə ümumilikdə 53 təhsil müəssisəsində sağlamlıq imkanları məhdud uşaqlar inklüziv təhsilə cəlb edilib.
 
Bu barədə Faktor.az-a BŞTİ-dən bildirilib.
 
İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir. İnklüziv təhsilin əsas hədəfi uşaqların təkcə sosiallaşması deyil, eyni zamanda keyfiyyətli təhsil almasıdır.
 
Qeyd edək ki, 2015-ci ildən başlayaraq Elm və Təhsil Nazirliyi tərəfindən ölkəmizdə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirilir, tənzimləyici hüquqi-normativ sənədlər təkmilləşdirilir və müəllim hazırlığı üzrə proqramlar yenilənir.






Redaktorun seçimi