Məktəblilər üçün insan alverinə qarşı mübarizə üsulları mövzusunda tədbir keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Kimya-biologiya təmayüllü Respublika liseyində insan alverinə qarşı mübarizəyə həsr edilən tədbir təşkil edilib. Tədbirdə liseyin 100-ə yaxın şagirdi və müəllim heyəti iştirak edib.
Agentliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu çıxışında insan alveri ilə mübarizə üsulları barədə məlumat verib. Eyni zamanda psixoloq Mərkəzin fəaliyyət istiqamətləri, insan alveri qurbanları üçün göstərilən reabilitasiya və abilitasiya xidmətlərindən danışıb.
Tədbir zamanı insan alverinin müxtəlif formaları, bu halların qarşısının alınmasında maarifləndirmənin rolu, şəxsi təhlükəsizliyin qorunması və riskli vəziyyətlərdə düzgün davranış qaydaları diqqətə çatdırılıb.
Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

































































