Rektor “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində AzTU-ya qəbul olunan əcnəbi tələbələrlə görüşüb

Hit: 198
Rektor “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində AzTU-ya qəbul olunan əcnəbi tələbələrlə görüşüb
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2026/2027-ci tədris ilində “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində AzTU-ya qəbul olunan əcnəbi tələbələrlə görüşüb.
 
Görüşdə beynəlxalq təhsil proqramının əhəmiyyəti, AzTU-da yaradılan təhsil imkanları və tələbələrin akademik inkişaf perspektivləri müzakirə olunub. Tələbələr universitetdə təhsil almaqla bağlı təəssüratlarını bölüşüb, ixtisasları üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, elmi və peşəkar fəaliyyətlərini genişləndirmək istiqamətində planlarından danışıblar.
 
Rektor Vilayət Vəliyev tələbələrə təhsillərində uğurlar arzulayıb, onların universitetin elmi və akademik mühitində fəal iştirakının vacibliyini vurğulayıb. O həmçinin tələbələrin Azərbaycanda qazandıqları bilik və təcrübənin gələcək peşəkar fəaliyyətlərində mühüm rol oynayacağına əminliyini ifadə edib.
 
Qeyd edək ki, əcnəbi tələbələr ilk dəfədir ki, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində AzTU-da təhsil alırlar. Proqram çərçivəsində universitetə qəbul olunan tələbələr Sudan, Ekvador, Fil Dişi Sahili, Qambiya və Tanzaniya vətəndaşlarıdır.






Redaktorun seçimi