Agentlik sədri Şamaxıda vətəndaşları qəbul edib

Hit: 182
Agentlik sədri Şamaxıda vətəndaşları qəbul edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun Şamaxı şəhərində vətəndaş qəbulu keçirilib. Qəbulda Şamaxı və Qobustan rayon sakinləri iştirak ediblər. 
 
Vətəndaş müraciətləri əsasən işlə təmin olunma, özünüməşğulluq proqramı, peşə hazırlığı və qurumun fəaliyyətinə dair digər sahələri əhatə edib. 
 
Müraciətlər fərdi qaydada araşdırılıb, vətəndaşlara məşğulluq tədbirlərinin icrası qaydaları barədə ətraflı məlumat verilib.






Redaktorun seçimi