“Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir təşkil olunub
20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqların hüquqlarının müdafiəsi, eləcə də onların diqqət və qayğı ilə əhatə olunmasının təşviqi məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən tədbir təşkil olunub.
Tədbirdə ölkəmizdə qaçqın statusu almış, həmçinin qaçqın statusunun verilməsi ilə bağlı müraciət etmiş şəxslər və onların övladları iştirak ediblər. Proqram çərçivəsində iştirakçılar İllüziya Muzeyinə ekskursiya edərək burada nümayiş etdirilən maraqlı ekspozisiyalar və interaktiv təqdimatlarla tanış olub, əyləncəli və yaddaqalan vaxt keçiriblər.
Tədbirin keçirilməsində məqsəd uşaqların asudə vaxtının səmərəli təşkilinə, sosial fəallığının artırılmasına və onların cəmiyyətə inteqrasiyasına töhfə vermək olub.



































































