Quşqara kəndində səyyar qəbul keçirilib

Hit: 186
Quşqara kəndində səyyar qəbul keçirilib
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Quşqara kəndində növbəti səyyar qəbul keçirib.
 
Qəbulda İH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və müxtəlif xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
 
Səyyar qəbul zamanı sakinlərin müxtəlif mövzular üzrə müraciətləri diqqətlə dinlənilib. Qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq göstərişlər
verilib, bəzi məsələlər isə icrası üçün nəzarətə götürülüb.
 
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






Redaktorun seçimi