Məktəblərdə ekoloji maarifləndirici görüşlər keçirilib

Hit: 183
Məktəblərdə ekoloji maarifləndirici görüşlər keçirilib
ETSN-in Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən növbəti ekoloji maarifləndirici görüşlər Sumqayıt şəhəri “İstedad” liseyi, Xaçmaz rayonu Palçıqoba və Bərdə rayonu A.Süleymanov adına Şorəlli kənd tam orta məktəblərində keçirilib.
 
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan görüşlər zamanı şagirdlərə “Tullantıların düzgün idarə edilməsi” mövzusunda ətraflı məlumat verilib. Tullantıların növləri, onların düzgün çeşidlənməsi, plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması yolları və bu istiqamətdə həyata keçirilə biləcək tədbirlər diqqətə çatdırılıb. Həmçinin şəhər və yaşayış məntəqələrinin ekoloji cəhətdən dayanıqlı inkişafının təmin olunmasında ətraf mühitin mühafizəsinin əhəmiyyəti vurğulanıb.
 
Maarifləndirici görüşlərin əsas məqsədi regionlarda ekoloji bilik və məlumatlılıq səviyyəsini yüksəltmək, xüsusilə gənc nəsildə ətraf mühitə məsuliyyətli münasibət formalaşdırmaq, eləcə də ekoloji mədəniyyəti təşviq etməkdir.






Redaktorun seçimi