Aşıqlı, Keşkü və Üçbulaq kənd sakinləri ilə görüş keçirilib
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Aşıqlı, Keşkü və Üçbulaq kəndlərində vətəndaşların müraciətlərini dinləyib. Əvvəlcə şəhidlərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirələri ehtiramla anılıb.
Görüşlərin keçirilməsi vətəndaş məmnunluğunun təmin olunması, sakinlərin müraciət və təkliflərinin dinlənilməsi, mövcud problemlərin operativ həlli istiqamətində görülən işlərin mühüm tərkib hissəsidir.
Keçirilən görüşlərdə bir sıra məsələlər yerində öz həlini tapmış, Aşıqlı kəndində içməli su təminatının yaxşılaşdırılması, kənddaxili avtomobil yollarının təmiri, Keşkü kəndində elektrik dirəklərinin yenisi ilə əvəz edilməsi, Üçbulaq kəndinin qazlaşdırılması və digər məsələlər nəzarətə götürülərək aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



























































