Avrora Qrup rəhbərliyi Zəfər abidəsini ziyarət edib

Hit: 264
Avrora Qrup rəhbərliyi Zəfər abidəsini ziyarət edib
8 Noyabr – Zəfər Günü münasibətilə Avrora Qrup rəhbərliyi Zəfər abidəsini ziyarət edib
 
Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub. Abidə önünə Avrora Qrupun adından əklil qoyulub, şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzülüb.
 
Avrora Qrup olaraq xalqımızın tarixi Zəfərini qürurla qeyd edir, Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik.






Redaktorun seçimi