ASCO-nun nümayəndələri şəhid ailələrini ziyarət edib

Hit: 190
ASCO-nun nümayəndələri şəhid ailələrini ziyarət edib
ASCO-nun nümayəndələri Vətən müharibəsində övladı şəhidlik zirvəsinə ucalan əməkdaşları Zəfər Günü ərəfəsində ziyarət ediblər.
 
Şəhid ailələri ilə görüşlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərdən söz açılıb. Vurğulanıb ki, bu tarixi Qələbə minlərlə qəhrəman Vətən övladının canı və qanı bahasına, Azərbaycan əsgər və zabitlərinin cəsurluğu və rəşadəti sayəsində qazanılıb.
Görüşlərdə o da qeyd olunub ki, dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək və 
şəhidlərimizin xatirəsini əziz tutmaq hər kəsin vətəndaşlıq borcudur.
 
ASCO-nun nümayəndələri şəhid ailələrinin gündəlik qayğıları ilə də maraqlanıb, onların ehtiyaclarını öyrəniblər. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.






Redaktorun seçimi