Zəfər Günü ərəfəsində Laçın rayonunda yaşayan şəhid ailələri ziyarət olunub

Hit: 164
Zəfər Günü ərəfəsində Laçın rayonunda yaşayan şəhid ailələri ziyarət olunub
Ziyarətlərdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Rafiq Salmanov, xüsusi nümayəndəliyin və Xidmətin əməkdaşları, eləcə də Dövlət Məşğulluq Agentliyinin Laçın rayon xidmət şöbəsinin, Laçın Arıçılar Birliyinin, Həkəri Balıq Təsərrüfatının və “OBA” marketlər şəbəkəsinin nümayəndələri iştirak ediblər.
 
Görüş iştirakçıları əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Oktay Güləliyevin ailəsini ziyarət edərək həyat yoldaşı Afət Novruzova ilə görüşüblər. Daha sonra Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin ailəsinə baş çəkilib, həyat yoldaşı Hökumə Şahverdiyeva ilə görüş keçirilib. Görüşlərdə Milli Qəhrəmanların Vətən qarşısındakı xidmətləri və qəhrəmanlıq yolu ehtiramla yad edilib, ailələrin qayğıları ilə maraqlanılıb.
 
Söhbətlər zamanı Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiyyəti vurğulanıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Gün ərzində Laçında yaşayan digər şəhid ailələri də ziyarət olunub. 






Redaktorun seçimi