İsmayıllıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Hit: 176
İsmayıllıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə İsmayıllı şəhərində yerləşən Heydər Əliyev adına parkda ağacəkmə aksiyası təşkil olunub.
 
Aksiyada şəhid ailələrinin üzvləri, idarə və müəssisə rəhbərləri, eləcə də tələbələr iştirak ediblər. Tədbir çərçivəsində parkın ərazisində müxtəlif növ meyvə ağacları əkilib.
Zəfər Gününün mənəvi dəyərini təbiətə qayğı və yaşıllıqların artırılması təşəbbüsü ilə birləşdirən aksiya həm də gələcək nəsillərə daha yaşıl və sağlam mühitin ötürülməsinə xidmət edir.
 
Qazanılan Zəfərin əbədiliyini, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yaşadan bu cür təşəbbüslər birlik, həmrəylik və quruculuq ruhunun təzahürüdür.






Redaktorun seçimi