Zəfər gününə həsr olunan silsilə tədbirlər çərçivəsində atıcılıq üzrə rayon tədbiri keçirilib
Neftçala rayonunda ümumtəhsil məktəblərinin şagirdləri arasında atıcılıq (pnevmatik silahdan) üzrə rayon turniri keçirilib.
03-04 noyabr 2026-cı il tarixlərində Neftçala Heydər Əliyev Mərkəzində "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında atıcılıq (pnevmatik silahdan) üzrə Neftçala rayon turniri keçirilib.
Yarışda Neftçala rayonu üzrə gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əliheydər Qarayev, adı çəkilən qurumların digər əməkdaşları, ümumtəhsil məktəblərinin hərbi rəhbərləri və şagirdlər iştirak edib.
İlk olaraq Ümummili Liderimiz Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rəsmilər ölkəmizdə və rayonumuzda idmana və idmançılara göstərilən diqqət və qayğıdan bəhs edib, keçirilən tədbirin mahiytəti haqqında məlumat verib və iştirakçılara uğurlar diləyib.
Rayonun 12 ümumtəhsil müəssisəsindən ümumilikdə 24 nəfər şagirdin iştirakı ilə keçən mübarizənin sonunda I, II, III yerlərə layiq görülən gənclər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və müvafiq medallarla təltif edilib.
Qaliblərimiz:
Həsənzadə Valeh Nəriman (Şəhər 3 nömrəli məktəb)
Xocaxanov Rəhim Qalib (Həsənabad qəsəbə 1 nömrəli məktəb)
Əsgərli Bəxtiyar İxtiyar (Astanlı kənd məktəbi)
Həvəsləndirmə:
Qəniyeva Fatimə Rövşən ( Şəhər 1 saylı məktəb)
Ələkbərli Kamil Ələsgər (Həsənabad qəsəbə 2 nömrəli məktəb)
Qeyd edək ki, turnir Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə həyata keçirilib.






































































