Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nün altıncı ildönümü münasibətilə Bakıxanov qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, RİH başçısının müavinləri, başçı aparatının məsul əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə abadlıq və təmizlik işləri aparıldıqdan sonra ağaclar əkilib, onların küləkdən qorunması məqsədilə qoruyucu dirəklər basdırılıb və suvarılması təmin edilib.
Tədbir çərçivəsində ümumilikdə 100-dən çox ağac əkilib.
Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi və yaşıllığın qorunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.






































































