Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi bir sıra görüşlər keçirib

Hit: 169
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi bir sıra görüşlər keçirib
Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü çərçivəsində ölkəmizə səfər etmiş Türkmənistan Baş prokurorunun müavini Əziz Ağayev, Özbəkistan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanovun  rəhbərlik etdiyi nümayəndə heyətini və Yaxın Şərq və Şimali Afrika Regionu üzrə Agentliklərarası Aktivlərin Bərpası Şəbəkəsinin (MENA-ARIN) baş katibi Fayz Xurays F. Əlbaqamini  qəbul etmişdir. 
 
Nazim Rəcəbov qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində ölkəmizdə ardıcıl tədbirlərin həyata keçirilməsinin dəstəkləndiyini, həmin dəstəyin hüququn aliliyinin möhkəmləndirilməsi və cinayətkarlıqla mübarizəyə yönəlmiş dövlət proqramlarında və milli strategiyalarda öz əksini tapdığını xüsusi vurğulayıb. 
 
Qonaqlar öz çıxışlarında səmərəli beynəlxalq əməkdaşlığı bundan sonra da effektiv şəkildə davam etdirəcəklərini bildirərək, Azərbaycan Prokurorluğu tərəfindən İƏT-in işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə öz təşəkkürlərini  bildiriblər.        






Redaktorun seçimi