BDU və Keniyanın elm-təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Hit: 192
BDU və Keniyanın elm-təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olunub
Bakı Dövlət Universitetinin (BDU) Mədəni İrsi Araşdırmalar Mərkəzinin direktoru Musa Mərcanlı Azərbaycan nümayəndə heyətinin tərkibində Keniyanın təhsil nazirinin müavini, professor Abdulrazak Şaukat ilə görüşüb. Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə edilib.
BDU rəsmisi Universitetin beynəlxalq əlaqələri barədə geniş məlumat verərək, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün qarşılıqlı səfərlərin vacibliyini dilə gətirib.
 
O bildirib ki, bir neçə gün öncə Keniyanın Mombasa vilayətindəki “Fort Jesus” Dünya İrsi Kompleksində yenilənmiş Suahili Mədəniyyət Kitabxanasının açılışı və “İRS-Urithi” jurnalının suahili dilində ilk sayının təqdimatı bu sahədə əməkdaşlığa mühüm töhfədir.
 
Keniyanın təhsil nazirinin müavini, professor Abdulrazak Şaukat Keniya və Azərbaycan arasında dinamik inkişaf edən münasibətlərin elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsinə əlverişli zəmin yaratdığını ifadə edib. Nazir müavini təmsil etdiyi qurumun Azərbaycanın elm və təhsil ocaqları, xüsusilə BDU ilə ali təhsil, innovasiya ekosisteminin gücləndirilməsi, iqtisadi transformasiya siyasətinin hazırlanması, habelə sahə üzrə mütərəqqi təcrübələrin mübadiləsi istiqamətində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.






Redaktorun seçimi