ATU-da “İdman zədələnmələrinin qarşısının alınması və risklərin təhlili” mövzusunda seminar keçiirlib
Azərbaycan Tibb Universitetində (ATU) “İdman zədələnmələrinin qarşısının alınması və risklərin təhlili” mövzusunda seminar keçiirlib. ATU-nun İctimai Səhiyyə fakültəsinin Səhiyyə Klubu və UMDC – Universal Tibb və İnkişaf Cəmiyyətinin əməkdaşlığı çərçivəsində baş tutan tədbirə Fatih Sultan Mehmet Vakıf Universitetinin müəllimi, fizioterapevt Mehmet Zahit Gül mentorluq edib.
Seminar zamanı idman zədələnmələrinin qarşısının alınması, zədələnmə risklərinin təhlili və risk faktorları haqqında ətraflı məlumat verilib. İnteraktiv formatda keçirilən görüş müzakirələrdə davam edib.
Tədbir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 4-cü Məqsəd – Keyfiyyətli Təhsil (SDG 4) istiqamətində qarşıya qoyulan məqsədlərə töhfə verir.




































































