“Narkotikə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

Hit: 166
“Narkotikə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib
Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində “Narkotikə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev, Bakı Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin İdarə Heyətinin üzvü, psixoloq Xəyal Şakiroğlu, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.
 
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən ətraflı bəhs ediblər.
 
Çıxışlarda narkomaniyanın fəsadları, sağlam həyat tərzinin təbliği, bu istiqamətdə maarifləndirmənin vacibliyi və ölkəmizdə narkomaniyaya qarşı həyata keçirilən mübarizə tədbirləri diqqətə çatdırılıb. Qeyd edilib ki, narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə, sosial-iqtisadi inkişafa mənfi təsir göstərməklə yanaşı, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır, eləcə də cinayətkarlığın artmasına zəmin yaradır.
Həmçinin yeniyetmə və gənclərin narkomaniyadan və digər zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi və sağlam inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən bəhs edilib, bu sahədə maarifləndirici tədbirlərin müntəzəm keçirilməsinin vacibliyi vurğulanıb.






Redaktorun seçimi