“Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirilib

Hit: 166
“Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
 
Biləsuvar Rayon İcra Hakimiyyətində təşkil olunmuş və “Şəhərsalma və Memarlıq İli - qarşıda duran vəzifələr” mövzusunda keçirilən tədbirdə Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının, eləcə də Biləsuvar Rayon İcra Hakimiyyətinin, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının  nümayəndələri iştirakı edib.
Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini-sektor müdiri əvəzi Rövşən Bədəlov 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bəndlərinin icrası ilə bağlı qarşıda duran məsələlərdən danışıb.
 
Daha sonra çıxış edən Muğan Regional Mərkəzin Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi, polkovnik-leytenant Vüqar Miri şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat verib.
Tədbirdə mövzu ətrafında  fikir mübadiləsi aparılıb. 






Redaktorun seçimi