Sahibkarlar “44” filmini izlədilər - FOTOLAR

Hit: 384
Sahibkarlar “44” filmini izlədilər - FOTOLAR
Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr olunan “44” bədii filminin xüsusi nümayişi keçirilib.
 
Tədbirin açılış mərasimində İCMA İdarə Heyətinin sədri, Marsol Group-un təsisçisi Tural Mustafayev və Milli Məclisin deputatı Vüqar İskəndərov çıxış ediblər.
 
Çıxışlar zamanı 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycan xalqı üçün əhəmiyyəti, qəhrəmanlarımızın göstərdiyi şücaət və Zəfər tariximizin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Eyni zamanda, “44” bədii filminin ideyası və ekran əsərinin ərsəyə gəlməsi prosesi barədə iştirakçılara məlumat verilib.
 
Daha sonra tədbir iştirakçıları Zəfər tariximizi, qəhrəmanlıq və vətənpərvərlik salnaməmizi əks etdirən filmi birlikdə izləyiblər. Xüsusi nümayiş 44 günlük müharibənin unudulmaz anlarını bir daha xatırlamaq, qəhrəmanlarımızın fədakarlığını yad etmək və milli qürur hissini bölüşmək baxımından əlamətdar olub.
 
Tədbir Zəfər tariximizin yaşadılması, milli-mənəvi dəyərlərimizin qorunması və qəhrəmanlıq salnaməmizin cəmiyyətə, xüsusilə də gənc nəslə çatdırılması baxımından əhəmiyyət daşıyıb.
 
Zəfər tariximiz qürurumuz, qəhrəmanlarımız əbədi yaddaşımızdır!
1
1
1
1
1
1
1
1
1
1
1
1






Redaktorun seçimi