Könüllü qanvermə aksiyası keçirilib

Hit: 164
Könüllü qanvermə aksiyası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində könüllü qanvermə aksiyası keçirilib.
Nazirlik və qurumlarının əməkdaşlarının iştirak etdiyi tədbir talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədi daşıyıb. 
 
Respublika Qan Bankının həkimləri hər bir donorun sağlamlığını yoxladıqdan sonra onlardan qan götürüblər.
 
Aksiyada toplanan qanın irsi qan xəstəlikləri olan şəxslərin müalicəsində istifadə edilməsi nəzərdə tutulur.






Redaktorun seçimi