Polis Akademiyasının kursantları Zəfər Parkı və Zəfər Muzeyini ziyarət ediblər

Hit: 159
Polis Akademiyasının kursantları Zəfər Parkı və Zəfər Muzeyini ziyarət ediblər
Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 6-cı ildönümü münasibətilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında keçirilən silsilə tədbirlərin davamı olaraq Akademiyanın kursantları Zəfər Parkını və Zəfər Muzeyini ziyarət ediblər.
 
Kursantlar Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. 
 
Muzeydə toplanmış eksponatlarla tanış olan kursantlara 44 günlük Vətən müharibəsinin şanlı tarixi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun və daxili işlər orqanlarının əməkdaşlarının göstərdiyi misilsiz şücaət barədə ətraflı məlumat verilib.
Zəfər tariximizə ehtiram və Vətənə sədaqət ruhunda təşkil olunan bu ziyarət gənc polislərin vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsi, tarixi zəfərimizin ideoloji əhəmiyyətinin gələcək nəsillərə aşılanması məqsədi daşıyır.






Redaktorun seçimi