Məmmədiyə Məmmədov şəhər sakinləri ilə növbəti görüş keçirib

Hit: 169
Məmmədiyə Məmmədov şəhər sakinləri ilə növbəti görüş keçirib
Görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, İH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
 
Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlarına uyğun olaraq, əhalini narahat edən problemlərin birbaşa həll edilməsi məqsədilə davamlı olaraq görüşlərin keçirildiyini qeyd edib.
 
Qəbul zamanı sakinlər tərəfindən çoxmənzilli yaşayış binalarının fasad işıqlanmasının bərpa olunması, binaların qarşısında söhbətgahların quraşdırılması bu və ya digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin bir neçəsinə yerində baxış keçirib, operativ şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
 
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi üçün qeydiyyata götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 






Redaktorun seçimi