Yardımlıda mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədovun rəhbərliyi ilə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərlərinin, bələdiyyə sədrlərinin və RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
İclasda rayona daxil olan yaşayış məntəqələrindəki mövcud vəziyyət, sosial-iqtisadi sahədə qarşıda duran məsələlər və əhalinin müraciətlərindən irəli gələn problemlər ətraflı müzakirə edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov qaldırılan problemlərin qısa zamanda və səmərəli şəkildə həll edilməsi, həmçinin vətəndaş məmnuniyyətinin təmin olunması məqsədilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə, eləcə də yerli nümayəndəliklərə müvafiq tapşırıqlar verib.




































































