Buraxılış imtahanlarının nəticələri müzakirə olunub

Hit: 165
Buraxılış imtahanlarının nəticələri müzakirə olunub
Gəncədə riyaziyyatın tədrisindəki mövcud vəziyyət və buraxılış imtahanlarının nəticələri müzakirə olunub
 
Ümumi təhsil müəssisələrində riyaziyyat fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsi, mövcud çağırışlar və perspektiv həll yollarının müəyyənləşdirilməsi məqsədilə “Riyaziyyatın tədrisi: problemlər və həll yolları” mövzusunda dəyirmi masa keçirilib.
 
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun rəhbərliyi ilə baş tutan görüşdə idarənin məsul əməkdaşları, müasir metodistlər, həmçinin IX siniflərin buraxılış imtahanlarında tədris apardığı sinfi yüksək nəticə göstərmiş fənn müəllimləri iştirak ediblər.
Tədbir çərçivəsində doqquzuncu sinif şagirdlərinin buraxılış imtahanlarında riyaziyyat fənni üzrə əldə etdikləri statistik nəticələrin geniş analitik təhlili nümayiş olunub. İştirakçılar tədris prosesində qarşıya çıxan metodoloji çətinlikləri, şagirdlərin mövzuları mənimsəmə dinamikasını və imtahan göstəricilərinin daha da yaxşılaşdırılması üçün tətbiq olunacaq yeni mexanizmləri ətraflı müzakirə ediblər.
 
Görüşdə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov regional səviyyədə təşkil olunan bu cür görüşlərin əhəmiyyətini vurğulayıb. İdarə rəhbəri bildirib ki, açıq dialoq və qarşılıqlı müzakirə formatında keçən bu görüşlər təhsildə keyfiyyət nəzarətinin effektiv təşkilinə, müəllimlərin peşəkar ehtiyaclarının birbaşa öyrənilməsinə və nəticə etibarı ilə şagird nailiyyətlərinin davamlı şəkildə yüksəlməsinə birbaşa xidmət edir.
Dəyirmi masanın yekununda qaldırılan problemlərin həlli istiqamətində metodiki dəstəyin gücləndirilməsi və uğurlu tədris təcrübələrinin digər məktəblərdə də tətbiq edilməsi barədə müvafiq qərarlar qəbul olunub. 






Redaktorun seçimi