Şəhid Ümman Əmiraslanovun ailəsi ziyarət edilib

Hit: 166
Şəhid Ümman Əmiraslanovun ailəsi ziyarət edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari şəhid Ümman Əmiraslanovun ailəsini ziyarət edib.
 
Görüşdə Vətən müharibəsi zamanı könüllü şəkildə torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulan şəhidin qəhrəmanlıq hekayəsindən bəhs olunub.
 
Oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı şəhid olan Ümman Əmiraslanov Prezident İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 
Söhbət zamanı şəhidin bacısı Nurcan Əmiraslanovanın DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı olduğu qeyd olunub. Şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə üzvlərinin sosial rifahının hər zaman dövlət tərəfindən diqqətdə saxlanıldığı vurğulanıb. Bildirilib ki, Ümman kimi igid Vətən övladlarının misilsiz şücaəti sayəsində azad edilmiş torpaqlarımızda bu gün canlanma və yenidənqurma işləri davam etdirilir.
 
Şəhidin ailə üzvləri mənəvi dəstəyə və qayğıya görə minnətdarlıq ifadə ediblər.






Redaktorun seçimi