YAP Kəlbəcər rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə yığıncaqlar davam edir
YAP Kəlbəcər rayon təşkilatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonu üzrə Təhsil Sektoru Ərazi Partiya təşkilatının tabeliyində olan 55 nömrəli tam orta ümumtəhsil məktəbində, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı yığıncaq keçirib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin,ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncaqda YAP Kəlbəcər rayon təşkilatının sədr müavini Qənaət Əsgərov, Kəlbəcər rayon 55 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Səməd Nadirov,məktəbin müəllimləri,partiya üzvləri Şaiq Əhmədov,Şəhla Əliyeva,Ülviyyə Kərimova və digər partiya fəalları çıxış ediblər.Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədr müavini Qənaət Əsgərov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqinin ölkəmizin gələcək inkişaf strategiyasını, dövlət siyasətinin prioritetlərini və qarşıda duran mühüm vəzifələri müəyyənləşdirdiyini bildirib.Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Çıxış edənlər bildirdilər ki,Azərbaycanın beynəlxalq nüfuzunun artması, milli maraqlarının qətiyyətlə qorunması, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizin qazandığı tarixi nailiyyətlərdəndir. Bu uğurların davamlılığının təmin olunması hər bir vətəndaşdan, o cümlədən partiya üzvlərindən yüksək məsuliyyət və fəallıq tələb edir.Tədbirdə Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələrə toxunan çıxışçılar Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra ölkənin iqtisadi potensialının gücləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və regionların inkişafının sürətləndirilməsinin prioritet istiqamətlər olaraq qaldığını bildiriblər.
Məktəbin direktoru Səməd Nadirov çıxışında həmçinin ideoloji təhlükəsizliyin qorunması, milli-mənəvi dəyərlərin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, partiya üzvləri dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, cəmiyyətin maarifləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi istiqamətində fəal mövqe nümayiş etdirməlidirlər.
Tədbir çərçivəsində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin yerinə yetirilməsi, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, dövlət siyasətinin əsas istiqamətlərinin təbliği və milli-mənəvi dəyərlərin qorunması məsələləri ətrafında müzakirələr aparılıb.





































































