Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Qazax-Tovuz regional filialı fəaliyyətə başlayıb

Hit: 183
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Qazax-Tovuz regional filialı fəaliyyətə başlayıb
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) Qazax-Tovuz regional filialının fəaliyyətinə start verilib. Filial Şəmkir şəhərində yerləşən Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərəcək.
 
Filialın rəhbəri Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Şəmkir üzrə koordinatoru Validə Məmmədlidir.
 
Filialın açılışı çərçivəsində AGMA-nın fəaliyyət istiqamətləri və həyata keçirdiyi təşəbbüslər barədə təqdimat keçirilib. Tədbirdə Şəmkir Rayon Təhsil Sektorunun müdiri Elşən Əsgərov, AGMA-nın sədr müavini Səltənət Qurbanova, Assosiasiyanın koordinatorları və gənc müəllimlər iştirak ediblər.
 
Qazax-Tovuz regional filialının fəaliyyətə başlaması gənc müəllimlər arasında əməkdaşlığın möhkəmləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsil sahəsində innovativ yanaşmaların təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.
 
Filialın fəaliyyətə başlaması üçün yaradılan şəraitə və göstərilən dəstəyə görə Qazax-Tovuz Regional Təhsil İdarəsinə təşəkkürümüzü bildiririk. İnanırıq ki, bu əməkdaşlıq gənc müəllimlərin peşəkar inkişafına, yeni təşəbbüslərin reallaşdırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verəcək.






Redaktorun seçimi