Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib

Hit: 173
Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Global Media Group”un təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
 
ETSN-in, “Global Media Group”a daxil olan media qurumlarının və şirkətlərin əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. 
 
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltməkdir.






Redaktorun seçimi