AzTU əməkdaşları keyfiyyət təminatına həsr olunan simpoziumda iştirak ediblər

Hit: 217
AzTU əməkdaşları keyfiyyət təminatına həsr olunan simpoziumda iştirak ediblər
ADA Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə təşkilatçılığı ilə “Ali təhsilin inkişafı: Keyfiyyətin təminatı, proqramın hazırlanması və innovasiya” mövzusunda simpozium keçirilib.
 
Ali təhsil müəssisələrinin keyfiyyət təminatı sahəsində fəaliyyət göstərən nümayəndələrini bir araya gətirən tədbirin məqsədi təcrübə və fikir mübadiləsi aparmaq, bu sahədə qabaqcıl yanaşmaların müzakirəsinə şərait yaratmaq olub.
 
İki gün davam edən simpoziumda Azərbaycan Texniki Universitetini (AzTU) Keyfiyyətin təminatı şöbəsinin əməkdaşları Afaq İsmayılzadə və Nərmin Xasayeva təmsil ediblər.
 
Tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keyfiyyət təminatı və akkreditasiya sahəsində aktual məsələlər, qlobal tendensiyalar və qabaqcıl təcrübələr müzakirə olunub, müxtəlif mövzularda seminarlar təşkil edilib.
 
Müzakirələr zamanı milli və beynəlxalq akkreditasiya, daxili keyfiyyət təminatı mexanizmləri, tədris proqramlarının qiymətləndirilməsi, süni intellektin tədris prosesinə inteqrasiyası, eləcə də tələbələrin karyera və məşğulluq imkanlarının genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
 
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.






Redaktorun seçimi