Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə görüşlərə başlanılıb
Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində görüşlərə başlanılıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Elmin Məmmədtağıyevin, İdarənin struktur bölmə rəhbərlərinin, əməkdaşlarının və bir qrup təhsil işçisinin iştirakı ilə keçirilən görüşdə təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Görüşün əsas məqsədi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş keyfiyyət fəaliyyət planının icra vəziyyətini müzakirə etmək, təhsil müəssisələrində tədrisin keyfiyyətinin monitorinqini aparmaq və qarşıya qoyulan strateji hədəflər istiqamətində görülən işləri təkmilləşdirmək olub.
Görüş zamanı tədris prosesində müasir təlim metodlarının tətbiqi, fənn müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin fərdi bacarıqlarının inkişaf etdirilməsi, onların təlimə motivasiyasının yüksəldilməsi, innovativ texnologiyalardan istifadə və təhsilin keyfiyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Həmçinin 4-cü, 6-cı və 9-cu siniflər üzrə ötən tədris ilinin nəticələri təhlil edilib, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülmüş işlər və əldə olunmuş nəticələr nəzərdən keçirilib. Tədris prosesində sistemli və məqsədyönlü fəaliyyətin təşkili, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təlim nəticələrinin yaxşılaşdırılması, eləcə də dərsdinləmələrin təşkili və nəticələrinin təhlili məsələlərinə xüsusi diqqət yetirilib.
Görüşün sonunda təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması, təlim nəticələrinin mütəmadi təhlili və müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Dərsdinləmələrin qüvvədə olan qaydalara uyğun, sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsi, dərslərin müşahidəsi zamanı əldə olunan nəticələrin təhlil edilməsi və müvafiq metodiki dəstəyin göstərilməsi vacib hesab olunub.
Bununla yanaşı, təhsil müəssisələrində vətəndaş müraciətlərinə həssas yanaşılması, vətəndaş qəbullarının müəyyən edilmiş qaydada təşkili barədə tapşırıqlar verilib.



































































