AMEA Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik edəcək

Hit: 199
AMEA Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik edəcək
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştitak və çxış edib.
 
Almatı şəhərində Qazaxıstan Milli Elmlər Akademiyasının Böyük Akt zalında keçirilən təntənəli yubiley iclasını Akademiyanın prezidenti, akademik Axılbek Kurişbayev açıb.
Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek Qazaxıstan Respublikasının Prezidenti Qasım-Comərd Tokayevin təbrik məktubunu iştirakçılara çatdırıb.
 
Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Axılbek Kurişbayev Akademiyanın 80 illik inkişaf yolu və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıcxış edib.
 
Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkər, Çin Milli Elmlər Akademiyasının Beynəlxalq Əməkdaşlıq Bürosunun direktoru Yin Li, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nikolay Makarov, Qırğızıstan Elmlər Akademiyasının prezidenti, akademik Bekmamat  Çenbayev, Özbəkistan Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Şamansur Saqdullayev, Monqolustan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Seqmed Serendorj, Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru, akademik Canseit Tuymebayev və başqaları təbrik nitqi ilə çıxış ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək ölkələrimiz arasındakı elmi əlaqələrin tarixi, inkişaf mərhələləri, mühüm elmi nailiyyətlərindən danışıb, Qazaxıstan Milli Elmlər Akademiyasının kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib.
Alamatı şəhərində həmçinin Beynəlxalq Türk Akademiyaları Birliyinin IX Assambleyası keçirilib. Növbəlilik əsasında 2025-2026-cı illərdə Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik etmiş Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkər beynəlxalq quruma başçılıq etdiyi illər üzrə həyata keçirilmiş tədbirlər və nəşrlər haqqında hesabat məruzəsi ilə çıxış edib.
 
Beynəlxalq Türk Akademiyaları Birliyinin üzvü olan Qazaxıstan, Özbəkistan, Qırğızıstan Elmlər Akademiyalarının rəhbərləri, tədbirdə məşvərətçi üzv kimi iştitrak edən Monqolustan Elmlər Akademiyasıının təmsilçisi çıxış edərək türk dünyasında elm sahəsində əlaqələrin inkişaf etdirilməsində Türk Akademiyaları Birliyinin rolundan və səylərindən söz açaraq təkliflərini səsləndiriblər.
 
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli hesabat dövrü ərzində türk dünyası ölkələri ilə əlaqələr sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirlər haqqında məlumat verib.
Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Asxat Kesıkbayev 2027-2028-ci illərdə Quruma növbə üzrə Azərbaycan Milli Elmlər Akademiyasının sədrlik edəcəyini elan edib.
 
Azərbaycan Milli Elmlər Akademiyası 2019-2020-ci illərdə də Beynəlxalq Türk Akademiyaları Birliyinə sərdlik edib.
Beynəlxalq Türk Akademiyaları Birliyinin X Assambleyasının 2027-ci ildə Qırğızıstan Elmlər 
Akademiyasında keçirilməsi qərara alınıb.
Bundan başqa, yeni yaradılmış Beynəlxalq Çöl Sivilizasiyası Konsorsiumunun təsis yığıncağı keçirilib. AMEA Beynəlxalq Konsorsiumun üzvlüyündə təmsil olunur.
Türk Akademiyaları Birliyinin üzvləri olan ölkələrin Elmlər Akademiyalarının rəhbərləri Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində rəqəmsallaşma və süni intellekt sahəsində aparılan işlərlə tanış olublar. Sonra Akademiya rəhbərliyi ilə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin professor-müəllim heyəti və tələbələrinin görüşü təşkil edilib.






Redaktorun seçimi