AzTU İnkubasiya Mərkəzində gəlir əldə edən tələbə startap komandaları ilə görüş keçirilib

Hit: 207
AzTU İnkubasiya Mərkəzində gəlir əldə edən tələbə startap komandaları ilə görüş keçirilib
Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində uğurla fəaliyyət göstərən və gəlir əldə edən tələbə startap komandaları ilə görüş keçirilib.
 
Görüşdə ideyalarını real biznesə çevirən tələbə komandaları öz layihələrini təqdim edərək əldə etdikləri nəticələr, gəlir modelləri, qarşılaşdıqları çətinliklər və gələcək inkişaf planları barədə məlumat veriblər.
 
AzTU-nun rektoru Vilayət Vəliyev komandaların təqdimatlarını dinləyib, onlarla fikir mübadiləsi aparıb. Rektor universitetin gənclərin innovativ ideyalarını dəstəklədiyini və onların təşəbbüslərinin inkişafına önəm verdiyini vurğulayıb.
 
Rektorun rəqəmsal məsələlər üzrə məsləhətçisi Osman Gündüz rəqəmsal inkişaf, texnologiya sahəsində biznes quruculuğu və startapların inkişaf perspektivləri barədə danışıb.
 
“Startap Azərbaycan”ın nümayəndəsi Elşad Yusifli startapların böyüməsi, onlara göstərilən dəstək mexanizmləri və məhsulların bazara çıxarılması ilə bağlı tövsiyələrini bölüşüb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Elxan Şükürov isə startap komandalarının təqdimatlarını dinləyərək layihələrin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində məsləhətlər verib.
 
Tədbir sual-cavab sessiyası və müzakirələrlə davam edib.






Redaktorun seçimi