BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
Bakı Dövlət Universitetində (BDU) 2026–2027-ci tədris ilində hazırlıq qruplarında təhsil alan əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub.
Ekskursiyanın məqsədi tələbələri BDU-nun tarixi, akademik mühiti, infrastrukturu və daxili qaydaları ilə yaxından tanış etmək, onların universitet mühitinə uyğunlaşmalarına dəstək olmaqdır.
Ekskursiya çərçivəsində tələbələr Universitetin muzeylərini və kitabxanasını ziyarət edib, BDU-nun tarixi, ənənələri və fəaliyyəti haqqında ətraflı məlumat əldə ediblər. Onlara BDU-nun daxili intizam qaydaları, tələbə həyatı və mövcud imkanları barədə məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
































































