Böyük Qayıdış proqramı çərçivəsində ekoloji maarifləndirici görüşlər keçirilib

Hit: 183
Böyük Qayıdış proqramı çərçivəsində ekoloji maarifləndirici görüşlər keçirilib
Böyük Qayıdış proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən növbəti ekoloji maarifləndirici görüşlər Ağdərə rayonunun Talış və Laçın rayonunun Zabux kənd tam orta məktəblərində təşkil olunub. 
 
Görüşlərdə şagirdlərə ətraf mühitin qorunmasının əhəmiyyəti, atmosfer havasının mühafizəsinin vacibliyi, təbii ehtiyatlardan səmərəli və məsuliyyətli istifadə, tullantıların düzgün idarə olunması haqqında məlumat verilib. 
 
Eyni zamanda, məktəblilərin ekoloji bilik və bacarıqlarının artırılması, onların ətraf mühitin qorunmasına fəal şəkildə cəlb edilməsi məqsədilə fikir mübadiləsi aparılıb.






Redaktorun seçimi