Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb
Stenford Universiteti Ankaradakı TOBB İqtisadiyyat və Texnologiya Universitetinin (TOBB ETÜ) fizika üzrə professoru Saleh Sultansoyu 2025-ci il üzrə dünyanın ən çox istinad edilən alimlərinin nüfuzlu reytinqinə daxil edib.
“Top 2% Most Cited Scientists” (dünyanın ən çox istinad edilən və nüfuzlu alimlərinin ilk 2 faizi) reytinqinə TOBB ETÜ-dən ümumilikdə 9 alim daxil olub.
Reytinqə əsasən, ötən il ən çox istinad edilən alimlər ABŞ, Çin və Böyük Britaniyadan olub.
Həmvətənimiz müxtəlif illərdə Türkiyənin “Qazi” və Ankara universitetləri kimi tanınmış ali təhsil müəssisələri ilə əməkdaşlıq edib.































































