“Açıq qapı” günü aksiyalarında 70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Hit: 159
“Açıq qapı” günü aksiyalarında 70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib
Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən 44 gün ərzində respublikanın müxtəlif ərazilərində keçirilən pulsuz hüquqi yardım aksiyaları çərçivəsində “Açıq qapı” günləri davam etdirilir.
 
Sentyabrın 27-dən başlayan aksiya çərçivəsində vətəndaşlara müxtəlif ünvanlarda pulsuz hüquqi yardım göstərilir.
 
Belə ki, ötən həftə ərzində Bakı şəhəri 5 saylı, 6 saylı, 7 saylı, 8 saylı və 9 saylı Vəkil Bürolarının vəkilləri tərəfindən “Açıq qapı” günləri təşkil olunub.
 
Keçirilən aksiyalar zamanı vətəndaşların müraciətləri əsasən cinayət və inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən edilməsi, pensiya təminatı, kredit mübahisələri, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub. Müraciətlər üzrə vətəndaşlara hüquqi məsləhətlər verilib, zəruri hüquqi sənədlər hazırlanıb, o cümlədən yazılı ərizələr tərtib edilib.
 
Aksiyalar zamanı ümumilikdə 70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib.






Redaktorun seçimi