Vətəndaşların növbəti qəbulu keçirilib
Bakı Apellyasiya Məhkəməsi tərəfindən vətəndaşların müraciətləri daim diqqətdə saxlanılır, bu məsələlərə xüsusi qayğı ilə yanaşılır.
Məhkəmənin sədri tərəfindən daxil olmuş konkret müraciətlər üzrə vətəndaşların növbəti qəbulu keçirilib.
Qəbul zamanı hər bir şəxs məhkəmənin sədri tərəfindən dinlənilib. Sədr tərəfindən məhkəmədə işin təşkili ilə bağlı qəbulda iştirak edən aidiyyəti məsul şəxslərə dərhal tapşırıqlar, ümumi xarakterli məsələlər üzrə vətəndaşlara müvafiq izahlar verilib.

































































