Üçüncü Baharın üzvləri sağlam yaşlanmaya həsr olunmuş maarifləndirici tədbirdə iştirak ediblər
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Bakı Şəhər Herontoloji Mərkəzi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Üçüncü Bahar” və “Qadın İnkişaf Mərkəzi” İctimai birliklərinin üzvləri iştirak ediblər.
Tədbirdə İSİM-in direktoru Səbinə Babazadə, Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Cəfərli, Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva, Bakı Şəhər Herontoloji Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Nailə Əhmədova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Səbinə Məhbubi-İran və biologiya üzrə fəlsəfə doktoru Natəvan Kərəmova çıxış ediblər.
Çıxışlarda sağlam və aktiv yaşlanmanın təşviqi, düzgün qidalanma, uzunömürlülük, sağlamlığın qorunması və həyat keyfiyyətinin yüksəldilməsi mövzularına toxunulub. İştirakçılar, həmçinin sağlam yaşlanma ilə bağlı praktik tövsiyələrlə tanış olub, maarifləndirici viktorinada iştirak ediblər.

































































